Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Putin Moldovada qələbə qazanır: Ölkə Rusiyaya meyllənir

Moldovada ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə Moldovanın Avrointeqrasiyasına qarşı çıxan və Rusiya meylliliyi ilə seçilən Sosialist Partiyası səslərin 21.54 faizini qazanıb.

İkinci yerdə isə hakim koalisiyanın Liberal-Demokrat Partiyası qərarlaşıb. Liberal-demokratlar 19 faiz səs yığıb. Bildirək ki, 101 yerlik Moldova parlamenti ölkəni prezidentini seçmək səlahiyyətinə də malikdir.
Moldovanın Kommunist Partiyası isə 18 faizə yaxın səs qazanıb.

Qeyd edək ki, Qərb mətbuatı parlament seçkisindən əvvəl proqnoz vermişdi ki, Moldovada Rusiya yönümlülər qələbə qazanacaq və bu Moldovanı Moskvanın diktəsi altında siyasət yürütməyə vadar edəcək.

Moldova Avropa Birliyi ilə assosiasiya sazişi də imzalayıb.Lakin ölkənin Dnepryanı münaqişə kimi bir problemi də mövcuddur ki, bunun da həlli əsasən Rusiyanın əlindədir.
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber