Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Kərbəlaya getmək istəyənlərə müjdə, viza havayıdır

Nəcəf şəhərinin beynəlxalq hava limanı “Ərbəin” günləri ərəfəsində Kərbəlaya getmək istəyən əcnəbi zəvvarları pulsuz viza ilə təmin edəcəyini bəyan edib.

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, bu barədə Nəcəf-Əşrəf şəhərinin beynəlxalq hava limanının mətbuat xidməti məlumat verib.

Bildirilib ki, İraqın daxili işlər naziri “Ərbəin” günləri ərəfəsində Nəcəf şəhərinin beynəlxalq hava limanına daxil olan xarici vətəndaşlara havayı vizanın verilməsi zəminində səlahiyyətlər verib.

Qeyd edək ki, “Ərbəin” günü (İmam Hüseynin şəhid edilməsinin 40-cı günü) dekabr ayının 13-ə təsadüf edir. Bu gündə milyonlarla zəvvar müsəlmanların imamının məqbərəsini ziyarət etmək üçün İraqın Kərbəla şəhərinə yollanır.
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber