Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Kəbirə Məmmədovaya qarşı daha bir iddia

Kəbirə Məmmədova 6 il öncə iş adamından aldığı 28 min dolları qaytarmır

“Binə” bazarının sahibəsi Kəbirə Məmmədova sahibkar Nahid Bağırovun pulunu vermir. N.Bağırov prezidentə, daxili işlər nazirinə müraciət edərək K.Məmmədova barəsində ölçü götürülməsini istəyir.

Redaksiyamıza göndərdiyi məktubunda N.Bağırov yazır ki, Kəbirə Məmmədova 6 il əvvəl ondan 28 min dollar alıb və bunun müqabilində ona mağaza verəcəyini vəd eibb: “Onun təsisçisi olduğu ”Arazavia" firması ilə 03.12.2008-ci ildə müqavilə bağladıq. 28 min dollarımı alıb mənə yeni tikilən ticarət kompleksinin 13-1-39 a ünvanından 23 kvadratmetr mağazanı icarəyə verəcəyi öhdəliyini götürmüşdü. Lakin bu günə kimi nə mağazanı verib, nə də pulumu qaytarır. Bundan əvvəl sizə yazdığım şikayət Daxili İşlər Nazirliyinə göndərildi. DİN əməkdaşlarının vasitəçiliyi ilə iyunun 21-də “Binə” bazarındakı ofisində Kəbirə Məmmədova ilə görüşdüm".

Sahibkar yazır ki, həmin görüşdə K.Məmmədova ona pulunun yalnız yarısını qaytaracağını deyib: “Dedi ki, hər ay 300 manat ödəmək şərtilə sənin pulunun yarısını qaytarıram. Dedi ki, indiyə kimi biz aldığımız pulları heç vaxt geri qaytarmamışıq, razısansa gəl ayda 300 manat götür. Mən bu cür allahsızlığı, özbaşınalığı görüb dəhşətə gəldim. Rəsmi sənədlə pul verəsən və sənə deyələr ki, yarısı bizimdir, gəl ayda da 300 manat apar! Üstəlik, Kəbirə Məmmədova söhbət əsasında yüksək çinli məmurların adını çəkərək mənə təzyiq göstərirdi”.

N.Bağırov K.Məmmədovanın Fuad adlı hüquqşünasının bir qədər gözləməsini tövsiyə etdiyini, lakin pulunu vermədiklərini yazır: “Cənab prezident, hörmətli Mehriban xanım. Ona görə məcbur olub mənə qarşı olan dələduzluq faktına görə mətbuat vasitəsilə Sizlərə müraciət edib köməklik istəmək qərarına gəldim. Kəbirə Məmmədovaya bu ölkədə sizlərdən savayı kiminsə gücü çatmaz. Bu xanım açıq-açığına deyir ki, mən istədiyim adamın pulunu alıb mənimsəyirəm, gedib kimə deyir desin. Dövlət içində dövlət quran və hamıya meydan oxuyan Kəbirə Məmmədovanın özbaşınalığının qarşısını yalnız və yalnız İlham Əliyev ala bilər. Ona görə Sizlərdən xahiş edirəm ki, mənim halal pulumun qaytarılmasına köməklik göstərəsiniz. Mən 28 min dollar pulumun 1 manatını da Kəbirə Məmmədovaya güzəşt etməyəcəyəm”./musavat/
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15