Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Lənkəranda bomba həyəcanı

Lənkəran Şəhər (Rayon) Polis Şöbəsindən verilən məlumata görə, keçən gün saat 13-14 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin Lənkəran Şəhər inzibati binasına bomba qoyulması barədə məlumat daxil olub. Təcili olaraq əraziyə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları cəlb olunub. İdarənin əməkdaşları binadan təxliyə olunub və axtarışlara başlanılıb. İdarəyə bomba qoyulması barədə fakt öz təsdiqini tapmayıb.
İdarəyə bomba qoyulması barədə yalan məlumat verən şəxs rayonun Boladi kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 1973-cü il təvəllüdlü Habil Mirzə oğlu Sadıqov könüllü olaraq Lənkəran Rayon Polis Şöbəsinə gəlib./azadxeber.net/
1814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillilə