Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Nuri Maliki Seyid Həsən Nəsrullahla görüşdü

Nur-az.com-un Fars News-a istinadlı məlumatına əsasən, Livanda səfərdə olan İraqın vitse-prezidenti Nuri Maliki İslam Müqaviməti Təşkilatı olan Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.
Bu barədə Livanın əl-Əxbar qəzeti yazıb: Nuri Malikinin Livana səfəri Livanın həftə sonu üçün ən mühüm siyasi məsələsidir. O şənbə günü axşam Seyid Həsən Nəsrullahla görüşmüş və şam yeməyinə onun qonağı olmuşdur.
N. Maliki görüşdə bildirib: Mənim Heydər əl-İbadi (İraqın hazırkı baş naziri) ilə münasibətlərim çox gözəldir və heç bir problemimiz yoxdur. Əvvəlcə hansısa anlaşmazlıq olmuşdu. Lakin hazırda bütün problemlər həll edilib.
Seyid Həsən Nsrullah da öz növbəsində Nuri əl-Malikiyə Amerika və Səudiyyə Ərəbistanının qarşısında tutduğu qorxmaz mövqeyinə, İraq hakimiyyəti və vəhdətin qorunmasında ciddilik göstərməsinə və İraqın parçalanması təklifini qəbul etmədiyinə görə ona təşəkkür etdi.
Məlumata əsasən, Seyid Həsən Nəsrullah Malikidən İraqın siyasi səhnəsində daha aktiv olmağı, “Qanuni dövlət”in daha da gücləndirilməsi, dini və məzhəbi ixtilafların qarşısında vəhdəti gücləndirməyi və ölkənin parçalanmasının qarşısını almaq üçün ciddi çalışmasını istəyib.
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16