Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

İŞİD-i tərk etmiş cəllad

Ən azı 55 adamı qətlə yetirməkdə günahlandırılan hind əsilli terrorçu Areeb Majeed özlərini İraq və Şam İslam Dövləti (İŞİD) adlandırılan silahlı qruplaşmanı tərk edib.

May ayında İŞİD-ə qoşulmuş Areeb Majeed ona verilən maaşın azlığından şikayət edib.

Türkiyəyə keçməyi bacarmış yaraqlı İstanbulda saxlanaraq Hindistan konsulluğuna verilib, oradan isə ölkəsinə göndərilib. Dekabrın 8-də o, məhkəməyə çıxarılacaq.

Areeb Majeed Munbay şəhərinin Kalyan bölgəsində yaşayarkən “Facebook” vasitəsi ilə iraqlı bir İŞİD üzvü ilə tanış olub. Mayda İraqa gedərək İŞİD-ə qoşulub. Hind mətbuatı onun orada İŞİD üzvü bir qadınla evləndiyini bildirir.

Toplam üzv sayı 30 minə yaxın olan İŞİD sıralarında 15 min xarici vətəndaşın olduğu bildirilir.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10