Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

ABŞ-da etirazlar Oreqon ştatına da yayılıb

Amerika Birləşmiş Ştatlarında qaradərili gəncin öldürülməsi ilə əlaqədar etirazlar Oreqon ştatına da yayılıb. Portlend şəhərində bir qrup fəal yollarda canlı sədlər quraraq nəqliyyatın hərəkətinə mane olublar. Aksiyaçılar Ferquson şəhərində öldürülən gəncin ailəsinə həmrəylik nümayiş etdiriblər. Fəallar “polis zorakılıqlarına son” şüarları ilə çıxışlar ediblər.

Maykl Braun adlı qaradərili gəncin qətli ölkədə irqçilik zəminində etirazların baş qaldrımasına səbəb olub. Qətli törədən polis əməkdaşı Darren Uilson özünü müdafiə məqsədilə Brauna atəş açdığını deyib. Məhkəmə Uilsona qarşı səsləndirilən ittihamları rədd edib. Hadisə ilə əlaqədar Uilson ötən gün vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, aksiya axşam saatlarına qədər davam edib. Polis sonda etirazçılara qarşı güc tədbiq etmək məcburiyyətində qalıb. Təhlükəsizlik əməkdaşları gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Aksiya zamanı bir qrup fəal polis avtomobilinin üzərinə çıxaraq zorakılıq törədib. Qarşıdurmalar zamanı azı 10 nəfər həbs olunub.

İnsan haqları müşahidəçi qrupunun üzvü Ces Cekson ölkədə son dönəmdə yaşanan zorakılıqlarla əlaqədar yaranmış mənfi ab-havanın aradan qaldırılması üçün amerikalıları mübarizəyə çağırıb. “Son 6 ildə ölkədə cərəyan edən sosial-siyasi hadisələrlə əlaqədar mənfi reakisiyalar müşahidə olunur. Bu, bizim həqiqi kimliyimizi ifadə etmir. Buna qarşı mübarizə aparmalıyıq” - deyə Cekson qeyd edib.
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber