Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

54 saylı məktəb niyə "donur"?

Bakının orta məktəblərindən birində istilik problemi yaşanır. Valideynlərin etdiyi müraciətə görə, Nəsimi rayonunda yerləşən 54 saylı orta məktəbdə təhsil alan şagirdlər istiliklə “imtahana çəkilirlər”. Məsələ ilə bağlı adıçəkilən təhsil müəssisəsi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq etdilər: “Bəzi siniflərdə az da olsa istilik var. Lakin ibtidai siniflər yerləşən korpusda istilik yoxdur. “Azərsitiliktəchizat” SC-dən gəlib baxış keçirdilər. Nöqsan tapa bilmədilər. Təkcə onu dedilər ki, məktəbdə kollektor düzgün qoyulmayıb”.
Məlumata görə, yeni təmirdən çıxmış məktəbdə siniflər elektrik qızdırıcıları ilə isidilir. Məsələdən Təhsil Nazirliyi də xəbərdardır.
“Azərsitiliktəchizat”-dan Lent.az-a bildiriblər ki, orta məktəbin istilik problemi təhsil müəssisəsindəki alt istilik paylamasının düzgün qurulmaması ilə əlaqədardır.
Beləliklə, problemə görə tərəflər biri-birilərini ittiham edirlər. Soyuqdan donan isə orta məktəbin ibtidai sinif şagirdləridir./lentaz/
933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP