Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Putin Türkiyəyə gedib

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri başlayıb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Ankarada ilk olaraq Anıtqəbir kompleksini ziyarət edəcək olan V. Putin üçün yeni Prezident Sarayında rəsmi qarşılanma mərasimi təşkil ediləcək və onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq.

Daha sonra iki liderin rəhbərliyi ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci toplantısı keçiriləcək. İki ölkədən əlaqədar nazirlərin da qatılacağı toplantıda ikitərəfli əlaqələr geniş müzakirə olunacaq, bir sıra sənədlər imzalanacaq.

V. Putinin səfəri bu gün axşam başa çatacaq.
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11