Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

İlin ən yaxşı baş məşqçilərinə namizədlər

FIFA ilin ən yaxşı məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

Siyahıya Madrid "Real"ının italiyalı baş məşqçisi Karlo Ançelotti, Almaniya millisinin çalışdırıcısı Yoahim Löv və Madrid "Atletiko"sunun argentinalı baş məşqçisi Dieqo Simeone daxildir.

K.Ançelotti Çempionlar Liqası və İspaniya Kubokunun qalibi olub, Y.Löv dünya çempionu adını qazanıb, D.Simeone isə İspaniya çempionu olub və komandası ilə Çempionlar Liqasının finalına yüksəlib.

Qadın futbolunda isə ən yaxşı baş məşqçi adına Ralf Kellerman ("Volfsburq"), Maren Maynert ("Almaniyanın gənclərdən ibarət yığması) və Norio Sasakinin (Yaponiya millisi) namizədliyi irəli sürülüb.

Mükafat yanvarın 12-də Sürixdə təqdim olunacaq.
977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı