Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

Ərdoğan Misirdəki vəziyyətlə bağlı yalan deməkdə davam edir

Misir hökuməti Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı Misirin daxili məsələlərinə müdaxilə etməkdə ittiham edib.

İnterAz-ın Misir mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər nazirliyi ötən günü bəyanat verib.

Bəyanatda bildirilib ki, Ərdoğan Misirdəki vəziyyətlə bağlı yalan deməkdə davam edir, ölkədə xalq iradəsinin təzahürü olan şəffaf şəkildə keçirilən pezident seçkilərini alçaldır və təhqir edir.

Misir hökuməti Ərdoğanın çıxışlarını tələsik və düşünülməmiş fikirlər kimi qiymətləndirib və onun xam-xəyallarda olduğunu deyib.

Qeyd edək ki, Türkiyə hökuməti bir çox ərəb ölkələrində siyasi səhnədən təcrid edilmiş “Müsəlman Qardaşlar”a sığınacaq vermək, onları dəstəkləməkdə ittiham edilir.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı