Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

BMT yardımı kəsdi, Suriya qaçqınları aclıqla üz-üzə

Soyuq qış qabağı BMT-dən Suriyalı qaçqınlara pis xəbər gəlib. Belə ki, yardım edən ölkələri verdikləri sözü tutmamaqda ittiham edən BMT, 1.7 milyon Suriya qaçqınına etdiyi qida yardımını kəsdiyini açıqlayıb.

BMT-nin Dünya Qida Proqramının icraçı direktoru Ertharin Cousin bildirib ki, qaçqınlara qida kuponlarının verilməsinin dayandırılması, onsuz da əziyyət çəkən bu insanlar üçün “fəlakət” olacaq: “Bu səbəbdən Suriyalı ailələr aclıqla qarşı-qarşıya qalacaqlar. Bir çox yardım edəcəyini deyən ölkə sözünü tutmadı”.

Qeyd edək ki, BMT-nin Dünya Qida Proqramı çərçivsində Türkiyə, İordaniya, Livan, İraq və Misir kimi ölkələrə sığınan Suriyalılara edilən yardımların sadəcə dekabr ayında davam edə bilməsi üçün 64 milyon dollara ehtiyyac var. BMT-nin statistikasına görə bölgə ölkələrinə sığınan suriyalıların sayı 3 milyonu keçib. Ölkə içində isə 6.5 milyon nəfər evini itirib./simsar/
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber