Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

“Mursi günahlandırılırsa, Sisi də cavab verməlidir”

Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi və 14 şübhəlinin mühakimə olunduğu, "İttihadiyyə hadisələri" iddiasında, keçmiş müdafiə naziri Abdulfəttah əs-Sisinin də mühakimə olunması tələb edilib.

Məhkəmə qaynaqlarından alınan malumata görə paytaxt Qahirədəki Polis Akademiyasında görülən iddianın bu günkü məhkəməsində söz alan vəkil Məhəmməd ed-Dimati, A.Sisi və Respublika Gözətçiləri Komandiri Tümgeneral Məhəmməd Əhməd Zəki ilə "hadisələri provokasiya" iddiasıyla Milli Qurtuluş Cəbhəsi liderlərinin də mühakimə olunmasının lazım olduğunu bildirib.

Məhkəmə heyəti daha sonra prosesə sabah davam edilməsinə qərar verib.

İctimaiyyətdə "İttihadiyyə hadisələri" kimi bilinən, 2012-ci ildə "Prezident Sarayı qarşısında bəzi etirazçıların ölümü ilə nəticələnən şiddət hadisələrini təşviq" ittihamı açılan iddia daxilində M.Mursi və onu müşayiət edən 14 adam ilk dəfə 2013-cü il 4 noyabrında hakim qarşısına çıxmışdı.
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı