Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Hökumət ordusu Təll-Hasili ələ keçirib

Hələbdə şiddətli qarşıdurmalar davam edir
Suriya hökumət ordusu Hələbə tərəf irəliləməkdə israrlıdır.
Hələbdə şiddətli qarşıdurmalar davam edir
SalamNews-un Suriya televiziyasına istinadla verdiyi xəbərə görə, hökumət ordusu Hələbin cənub-şərqində yerləşən strateji rayonlardan daha birini - Təll-Hasili ələ keçirib.

Bundan əvvəl ordu qüvvələri əs-Səfirə və Təll-Ərni ələ keçiriblər.

Hazırda Hələbin Üməvi məscidi ətrafında şiddətli qarşıdurmalar gedir.

Suriyanın şərqində yerləşən Dirazzurda radikal Nüsrə cəbhəsi başda olmaqla bir neçə qruplaşma ölkənin elektrik stansiyalarını qaz yanacağı ilə təmin edən zavodu ələ keçiriblər. Dirazzurun əl-Xəşşam bölgəsindəki bu obyektin ölkə elektrik enerjisinin təhlükəsizliyi üçün olduqca böyük əhəmiyyətə malik olduğu deyilir.

Şimaldakı ər-Riqqənin Təll-Əbyəd rayonunda kürdlərin xalq müdafiə bölmələri ilə İraq və Şamda İslam Dövləti (DAİŞ) radikal qruplaşması arasında yenidən qarşıdurma baş verib.

Bu gün səhər saatlarında hökumət ordusu ər-Riqqədəki müxalifət silahlılarının mövqelərini bombardman edib.

Qarşıdurmalar Dəra və Dəməşqətrafı əyalətlərdə də davam edib.
1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber