Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

İraqda noyabr ayı ərzində 1.2 mindən çox insan öldürülüb - BMT

İraqda bu ilin noyabr ayı ərzində 1232 nəfər hərbi əməliyyatlar, terror aktları və digər zorakılıq aktlarının qurbanı olub, 2434 nəfər xəsarət alıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə BMT-nin bu ölkədəki missiyası məlumat verib.

Qeyd edək ki, bu, son aylar ərzində ən yüksək göstəricidir.

İraqa yardım göstərilməsi üzrə BMT missiyasının (MOONSİ) saytında dərc edilən məlumata əsasən, bu ölkədə mülki şəxslər arasında ölüm halı təhlükəsizlik qüvvələri əməkdaşları arasındakını təxminən üç dəfə üstələyərək 936 nəfər təşkil edir. Bu, bir ay əvvəllə müqayisədə 80 nəfər çox, iyun ayı ilə müqayisədə isə azdır, belə ki, ən çox mülki şəxs itkisi cari ilin iyun ayında qeydə alınıb - 1531 nəfər.

Hesabatda deyilir ki, İraqda mülki əhali arasında daha çox insan ölümü ölkənin Ənbar əyalətində qeydə alınıb - 402 nəfər. Paytaxt Bağdadda daha az dinc sakin öldürülüb - 332 nəfər. Bununla belə, Bağdadda yaralıların sayı Ənbarla müqayisədə nəzərəçarpacaq dərəcədə çoxdur: müvafiq olaraq, 921 - 624.

Paytaxtda təhlükəsizliklə bağlı son dərəcə gərgin vəziyyətin yarandığı bildirilir./SalamNews/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat