Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

Yeni Zelandiyada İŞİD xilafəti elan edilirisə!

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Asiyanın cənub-şərqində yerləşən Yeni Zelandiyada Ti Amoranqi Kirika Vanqa (Te Amorangi Kireka-Whaanga) adlı şəxs rəsmi bəyənat yayaraq öz ölkəsində İŞİD xilafətinə oxşar xilafət elan edib.
Vəhhabi məzhəbi təbliğatçısı olan Vanqa bu addımı ilə özünün sözün əsil anlamında bir “axmaq” olduğunu sübuta yetirməklə yanaşı, iddia edib ki, mən müsəlmanların xəlifəsiyəm və “Aetearoa İslam dövləti” yaratmışam!
Yeni Zelandiya mediası bu xəbəri yaymaqla bildirmişlər: O öz bəyanatının bir hissəsində İŞİD-lə beyət etdiyini, bir hissəsində isə özünü xəlifə adlandırdığını bildirir.
Media bu vəhhabini ələ salaraq əlavə etmişdir: O kimlər, saylarının neçə nəfər və harada olduqları məlum olmayan öz tərəfdarlarını “Cunudullah” adlandırmış və “Aetearoa islam dövləti” ilə beyətlərini açıq-aşkar elan etmələrini istəmişdir.
Yerli rəsmilər isə mediaya belə açıqlama vermişlər: Aparılan araşdırmalar nəticəsində onun xəstə və psixi problemləri olan şəxs olduğu məlum olmuşdur. Lakin biz onun sözlərinə inanacaq və baş ağrısı yaradacaq müsəlman gənclərdən ehtiyat edirik. Onun haqqında araşdırma apardıqda məlum olub ki, o keçmiş cinayətkar olub. Öz ömrünün 10 ildən çoxunu həbsxanalarda keçirib. Həbsxanada o müsəlmanlar arasında “İshaq” adı ilə tanınırmış. Həmişə müsəlmanları öz ətrafında toplamağa çalışırmış.
O həbsxanalarda çox təbliğat aparırdı. Çalışırdı ki müsəlman olmayan məhbusları İslam dininə yönəltsin.
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<