Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

Livanın şimalında ingilislərin "məxfi" məmurluğu

İngiltərənin Teleqraf (The Telegraph) qəzeti öz ölkəsinə məxsus qüvvələrin Livanın şimal məntəqələrinə girdiyi barədə yazıb.
Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, qəzet bu barədə yazıb: İngiltərə qüvvələri Livanın şimalında olan “Rəs Bələbək” rayonuna gələrək Livan ordusu ilə birgə sərhədlərdə monitorinq keçirmiş və İŞİD silahlı qruplaşmasına mənsub olan terrorçuların Suriyadan Livana keçməsinin qarşısını almaq istəyirlər.
Məlumata əsasən, onlar əl-Biqa məntəqəsinə girdikdən sonra, Rəs Bələbək rayonu sərhəddi boyunca 12 nəzarətçi qülləsi tikmişlər.
İngilis qəzeti iddia edib ki, bu qüvvələr terrorçuların Livana girməsinin qarşısını almaqda ölkə ordusuna yardım etmişlər.
P.S. 12 nəzarət qülləsini Livan ordusu özü də tikə bilərdi. Görəsən ingilislər Livanda nə axtarır?!
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber