Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

PKK Türkiyədə yenidən hücumlara başladı

PKK yenidən aktivləşdi

İslamazeri.az-ın "Haber365"-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Baş Qərargah İdarəsi, PKK terror təşkilatının üzvlərinin hərbçi və əsgərlərə hücum etdikləri barədə məlumat yayıb.

Açıqlamada Mardin Jandarma Komandirliyinin 2 ədəd Jandarma Xüsusi Hərakat komandasına və 2 ədəd zirehli hərbi texnikaya hücum edildiyi qeyd edilib.
Belə ki, jandarmalara silahlarla atəş açılıb və zirehli hərbi texnikası isə RPG-7 raketi ilə hədəfə alınsa da dəyməyib. Can itkisi olmayıb.
Əks hücumla terrorçulara cavab verildiyi də vurğulanıb.
1761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24