Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

Küveyt Suriya səfirliyinin yenidən fəaliyyətinə icazə verib

Küveyt hökuməti ölkədə rəsmi Dəməşqi təmsil edən səfirliyin yenidən açılmasına və faliyyət göstərməsinə icazə verib.

İnterAz-ın "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə Küveyt xarici işlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın üç diplomatına Küveytə geri qayıtmaları və səfirliyin fəaliyyətini bərpa etmələri üçün viza verilib.

Digər tərəfdən, "əl-Qüds" qəzeti də rəsmi mənbələrə istinadla verdiyi xəbərdə Tunis və İtaliyanın da ölkədə Suriya səfirliyinin açılmasında istəkli olduqlarını bildirib.

Qeyd edək ki, bir sıra ərəb ölkələri rəsmi Dəməşqə təzyiq göstərmək və onu beynəlxalq arenada təcrid etmək məqsədilə səfirlikləri müxalifətin koalisiyasına tapşırmışdılar.
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP