Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

Bakıda şəhid ailələri etiraz etdi - Video

Suraxanı rayonu, Hövsan qəsəbəsi Elman Qasımov küçəsində Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan binalardan biri təhvil verilməyib.

Buna baxmayaraq ki, artıq 2 ildən çoxdur onlar mənzillərində yaşayırlar. Bu isə sakinlər üçün problem yaradır. Bir yerə arayış istəməyə gedəndə onlara arayış vermirlər. Binanın təhvil verilməməsi başqa problemləri də üzə çıxarır. Bina təhvil alınmadığı üçün mənzil sahibləri qaz problemi ilə də qarşılaşmalı olurlar. Binanın həyəti də bərbad vəziyyətdədir. Yağış yağanda həyət su ilə dolur. Problemləri barədə dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Amma heç bir xeyri olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələdən xəbərdar olduqlarını, binanın təhvil verilməsi ilə bağlı artıq Nazirlər Kabinetinə müraciət edildiyini bildirdilər. Artıq Nazirlər Kabinetində işə baxılır. Sənədləşmə işləri başa çatdıqdan sonra sakinlərin də problemi öz həllini tapacaq.

901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...