Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Bu gün sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 03-də hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, gecəyə doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Dekabrın 03-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu