Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Şimali Koreya ABŞ-ı “Ebola” xəstəliyini yaymaqda ittiham etdi

Şimali Koreya hakimiyyəti ABŞ-ı Afrika ərazisində bioloji silahı sınaqdan keçirməkdə və Ebola” xəstəliyini yaymaqda ittiham edib. “Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə The Independent nəşri məlumat yayıb.

KXDR-in Mərkəzi İnformasiya Agentliyinin yaydığı bəyanatda iddia edilir ki, ABŞ-ın keçmiş prezidenti Reyqanın köməkçisi Amerikanın bioloji müharibəyə başlamaq üçün “Ebola” virusunu icad etdiyini bildirib.

Bəyanatda məlumatın mənbəyi “Roberts” adı ilə göstərilib. The Washington Post bu şəxsin iqtisadçı Pol Kreyq Roberts olduğunu ehtimal edir.

Qeyd edək ki, Ebola epidemiyası ilə əlaqədar Şimali Koreya hazırda turistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə daxil olan digər şəxslər isə dərhal karantinə götürülür./apa/
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı