Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Helikopter binaya girdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yuta ştatında helikopter qəzası baş verib.

ABŞ-ın Yuta ştatının Sever Solt-Ley şəhərinin şimalında helikopter ikimərtəbəli binalardan birinin damına çırpılıb.

Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, qəzada zərər dəyən binada yaşayış yox imiş, lakin helikopterin içərisində olan iki nəfər həlak olub.

Helikopterin haraya getdiyi hələ ki, məlum deyil. Səlahiyyətlilər sadəcə helikopterin şimal istiqamətində bir hava limanından gəldiyini bildiriblər./ans/
896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber