Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

188 nəfər 13 polisin ölümünə görə ölüm cəzasına məhkum edildi

Misir məhkəməsi 2013-cü ildə iğtişaşlar zamanı 13 polisin ölümünə görə 188 nəfəri ölüm cəzasına məhkum edib. “Frans Press”in verdiyi xəbərə görə, müttəhimlər keçmiş prezident Məhəmməd Mursini dəstəkləyiblər. Onların oturaq aksiyasını dağıdarkən baş vermiş toqquşmada 13 polis əməkdaşı həlak olub.

Məhəmməd Mursi 2013-cü ildə devrildikdən sonra polislə toqquşmalarda bu vaxtadək onun 1400-dək tərəfdarı öldürülüb. Bir neçə yüz nəfər məhkəmələr tərəfindən ölüm cəzasına məhkum olunub./apa/
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber