Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

İki milyon iraqlı məcburi köçkün olub

Beynəlxalq müşahidəçilər iraqda zorakılıqlar nəticəsində bu il iki milyondan çox insanın məcburi köçkün olduğunu bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkünlərin böyük hissəsinin Neynəva vilayətindən olduğu haqda məlumat verib. Vilayətdə məcburi köçkünlrin sayı bir milyona yaxındır. Ənbər vilayəti məcburi köçkünlərin sayına görə ikinci yerdə göstərilib.

Neynəva və Ənbər vilayətləri İslam Dövləti qrupunun əməliyyatları, eləcə də İraq təhlükəsizlik qüvvələri və ABŞ-ın başçılığı ilə koalisiyanın koalisiyanın əks əməliyyatlarına səhnə olub.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata əsasən, məcburi köçkünlərin 47 faizi İraq Kürdüstanına pənah gətirib. Onların 45 faizi İraqın mərkəzində məskunlaşıb, digərləri isə ölkənin cənubuna üz tutub.

Beynəlxalq Miqrasiya Təşkilatının İraqdakı missiyasının başçısı Tomas Lothar Veys bildirib ki, İraqda humanitar ehtiyacların təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərinin koordinasiya edilməsi vacibdir./ans/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11
Əsəd və Putin biz