Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

“İlin sonudur, bilmirlər büdcədən qalan pulu necə “yesinlər””

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həftənin istirahət günlərində Həsən bəy Zərdabi prospektindəki "xuruşovka" layihəli yaşayış binalarında təmir-bərpa işləri aparması sakinlərin etirazına səbəb olub. Sakinlər işlərin həftə sonunda aparılmamasını tələb ediblər. Ancaq icra hakimiyyəti əhalinin tələbini nəzərə almayaraq işlərin davam etdirilməsində israrlı olduğunu bildirib.
“İki aydır ki, yaşadığımız binanın yenidən qurulması, fasadının yenilənməsi işləri aparılır. Biz buna etiraz etmirik, etsinlər. Ancaq vətəndaşları da nəzərə alsınlar. Bizim istirahət hüququmuz icra hakimiyyəti tərəfindən kobud şəkildə pozulur. İlin sonudur, dövlət büdcəsindən ayrılan vəsaitin qalan hissəsini bilmirlər necə “yesinlər”. Açığı binanın yenidən qurulması işləri də tam aparılmır. Belə ki, binanın yalnız əsas yoldan görünən hissəsi təmir olunur. Arxa tərəfdə bu işlər aparılmır”, -deyə sakinlər “Bizim Yol” əməkdaşı ilə söhbətdə bildirdilər.

Bundan əlavə, şahidi olduq ki, təmir-bərpa işlərini aparan fəhlələrin nə kaskası, nə də təhlükəsizlik kəmərləri var. Həyatları təhlükədə olan fəhlələrin sözlərinə görə, icra hakimiyyətindən tapşırıq var ki, binanın yenidən qurulması, fasadının yenilənməsi işləri bu ayın sonuna qədər başa çatmalıdır. H.Zərdabi prospektində yerləşən bütün binaların təmir işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunlarına qədər bitməsi planlaşdırılır./bizimyol/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:20
Bakıda 23 yaşlı g