Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

ABŞ vətəndaşı Ukraynanın maliyyə naziri oldu

Ukrayna Ali Radası Pavel Klimkini ölkənin xarici işlər naziri vəzifəsində təsdiqləyib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, Klimkin bu vəzifəni təkrar icra edəcək, onun namizədliyini 351 deputat dəstəkləyib.

Qeyd edək ki Ukrayna Nazirlər Kabinetində 3 xarici vətəndaş da yer alıb. Belə ki, ölkənin Səhiyyə Nazirliyinə Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili rəhbərlik edəcək. Litva vətəndaşı Ayvaras Abramaviçus Ukraynanın iqtisadi inkişaf naziri təyin olunub. Ölkənin Maliyyə Nazirliyi isə ABŞ vətəndaşı Nataliya Yareskoya həvalə edilib.

Ukraynanın energetika naziri vəzifəsinə Vladimir Demçişin, DİN rəhbəri vəzifəsinə isə yenidən Arsen Avakov təyin edilib.
842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP