Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Peşmərgə Türkiyədən Suriyaya keçdi

Suriyanın Kobani şəhərində İŞİD qüvvələrinə qarşı mübarizə aparan kürd peşmərgə qüvvələrinə dəstək üçün növbəti qrup Türkiyəyə gəlib.

Şimali İraq Regional Kürd Administrasiyasının göndərdiyi 150 nəfərlik ikinci Peşmərgə qrupu dünən axşam saatlarında Türkiyənin Şanlıurfa vilayətinə çatıb. Hava limanında avtobuslara minən Peşmərgə qrupu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə Kobaniyə getmək üçün Şanlıurfanın Suruc rayonuna doğru yola çıxıb. Türkiyə vaxtı ilə saat 21:00-da peşmərgə qrupunun Suriyanın Kobani şəhərinə keçdiyi bildirilib.

Bundan əvvəl Türkiyə oktyabrın 30-da 160 nəfərlik Peşmərgə qrupunun öz ərazisindən keçərək Suriyaya getməsinə icazə vermişdi./ans/
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35