Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Dost borc üstündə dostunu öldürdü

Kürdəmir şəhərinin Soltan Şixəliyev küçəsin Mərkəzi bazarın yaxınlığında qətl hadisəsi törədilib.

Belə ki, rayonun Atakişili kənd sakini İlkin Həsənov şəxsi münasibətlər zəmnində aralarında baş verən münaqişə zamanı Kürdəmir şəhər sakini Elçin Əhmədova bıçaqla xəsarət yetirib. Qarın boşluğunun daxilə keçən kəsilmiş- deşilmiş yarası ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Elçin Əhmədov orada dünyasını dəyişib.

Hadisəni törədən İlkin Həsənov könüllü olaraq Kürdəmir rayon polis şöbəsinə təslim olub. O, polis şöbəsində ifadəsində bildirib ki, hadisə pul borcu üstündə aralarındakı söz-söhbət səbəbindən baş verib. Məlumata görə, İlkin Həsənov öldürdüyü dostu Elçin Əhmədova pul borcu olub. Elçin dəfələrlə dostundan pulunu geri istəməsinə baxmayaraq İlkin onun pulunu qaytarmayıb və üstəlik onu qətlə yetirib. İlkin dostunu onu söyüşlə təhqir etdiyi üçün öldürdüyünü və buna görə peşiman olmadığını bildirib./ans/
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber