Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

WhatsApp istifadəçiləri təhlükədədir

ESET antivirus şirkəti smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan WhatsApp-ın meneceri ilə birlikdə dələduzluqla bağlı xəbərdarlıq edib.

Cinayətkarlar WatsApp vasitəsilə ünsiyyətə ödənişli SMS xidmətlərini qoşurlar.

ESET şirkətindən bildirilir ki, dələduzlar Facebook, Twitter kimi sosial şəbəkələrdə oxunmuş mesajlar indikatorunu söndürməyi təklif edirlər. Əslində isə bunu edərkən ödənişli SMS xidmətini qoşmuş olurlar.

Son zamanlar WhatsApp-da da belə aldadıcı təkliflər edilir. Belə ki, WhatsApp-da mesajların oxunmasını 2 göy rəngdə olan işarə bildirir. Lakin bir çox istifadəçilər bu funksiyanı bəyənmədilər. Çünki bəzi hallarda mesajlar oxunduğu halda onlara cavab verilmir. Dələduzlar da bundan istifadə edərək “oxunmuş mesajlar” funksiyasını söndürməyi təklif edirlər.

Bunun üçün WhatsApp istifadəçilərinə 1 keçid linki göstərilir. Verilən linkə daxil olanda isə mobil nömrəni yazmaq lazım gəlir. Mobil nömrəsini qeydiyyata salan istifadəçilər bununla yüksək ödənişli SMS xidmətə yazılmış olurlar.

ESET mütəxəssisləri şübhəli xəbərdarlıqlara inanmamağı və yeni funksiyalar haqqında məlumatları dəfələrlə yoxlamağı məsləhət görürlər./ans/
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34