Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

İŞİD-çilər İstanbulu qana bulayacaqdı

Martın 20-də Türkiyənin Niğde vilayətində hərbi posta silahlı hücumla bağlı istintaq tamamlanaraq 11 şübhəli barəsində iddianamə hazırlanıb.

Türkiyə mediasının verdiyi məlumata görə, hazırlanan iddianamədə qorxunc həqiqət ortaya çıxıb.

İddianaməyə görə, şübhəlilər İstanbulda da terror aktları həyata keçirməyi plaşlandırırmışlar.

Suriyada İŞID-lə bağlı düşərgədə təxminən 9 -10 ay qaldığı deyilən Çendrim Ramadani, Benyamin Xu və Məhəmməd Zakirinin üzvü olduqları terror təşkilatının əsas məqsədi İstanbulda terror aktları həyata keçirmək olub. Üç terrorçunun “Əl- Qaidə” terror təşkilatına daxil olan şəxslərin köməyi ilə Türkiyə sərhədini keçdikləri və kirayə götürdükləri taksi ilə Niğdenin Ulukışla mahalına gəldiyi bildirilir.

Xatırladaq ki, hərbi posta hücum zamanı 1 zabit, 1 əsgər və 1 mülki şəxs öldürülüb, 7-si hərbçi olmaqla 8 nəfər yaralanıb./publika/
903 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber