Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

İranın anti-İŞİD koalisiyası ilə əməkdaşlığı təkzib edildi

Nur-az.com-un məlumatına əsasən, İranın silahlı qüvvələrinin baş qərərgahının rəis müavini General Seyid Məsud Cəzairi terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) mövqelərini bombalamaqda Amerikanın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası ilə istənilən növ əməkdaşlıq etdiklərini təkzib edib.
Fars News-a müsahibə verən General Cəzayiri bəzi xarici medianın Amerika müdafiə rəsmilərinə istinadla yayımladıqları “İran qırıcı təyyarələrinin İŞİD mövqelərinə anti-İŞİD koalisiyası çərçivəsində zərbələr endirdiyi barədə” deyib: İran İslam Respublikası İraqdakı asayişin pozulması və problemləri, habelə İŞİD qruplaşmasının terror aktları keçirməsinin səbəbkarı bilir. İran İslam Respublikası əmindir ki, əgər Amerikanın planları və dəstəkləri, habelə məntəqədəki ziddiyyətləri olmasaydı bu gün dünya terrorçular tərəfindən şəhər və kəndlərin infrastrukturunun dağıdılması, habelə Suriya və İraq xalqının faciəvi şəkildə öldürülməsinin şahidi olmazdı.
General Cəzayiri Amerikanın rəhbərliyini iddia etdiyi anti-İŞİD koalisiyası ilə istənilən əməkdaşlığı təkzib edərək deyib: Hazırda İraq xalqı dövlət, ordu və könüllü qüvvələrlə yanaşı geniş bir cəbhədə yadelli və terrorçularla müharibə aparırlar. Onlar çoxlu müvəffəqiyyətlər də əldə etmişlər. Müstəqil İraqın gələcəyi bu əməkdaşlıq və qəlbdən gələn səmimi birliyin nəticəsindən asılı olacaq. Mütləq Amerika bu ölkənin gələcəyində hər hansı bir mövqeyə sahib olmayacaq.
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi