Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

18 terrorist öldürüldü

Suriyanın Həsəkə əyalətində kürdlər radikal silahlıların 18 üzvünü öldürüblər

Suriyanın şimal-şərqində kürdlərin xalq müdafiə bölmələri və radikal qruplaşmalar arasında qarşıdurmalar davam edir.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi qrupuna istinadla verdiyi xəbərə görə, kürdlərin xalq müdafiə bölmələri Həsəkənin (şimal-şərq) əl-Cəvadiyyə qəsəbəsində DAİŞ qruplaşmasının 18 üzvünü öldürüblər. Bölgədə yerli kürdlər və radikal silahlılar arasındakı qarşıdurmalar artıq 3 aydır ki davam edir. Sözügedən tərəflərin qarşıdurmaları Suriyanın ər-Riqqə əyalətində və eləcədə Hələbin bəzi bölgələrində də baş verir.

Dirazzurda (şərq) isə hökümət bombardmanları əş-Şuhəyl və əl-Bəlum rayonlarında silahlıların mövqelərini aviazərbələrdən hədəfə alıb. Ölən və yaralananların olduğu deyilir.

Hələbin cənubunda yerləşən əl-Xənasir rayonu yolunda hökümət qüvvələrinə pusqu quran müxalifət silahlıları özləri pusquya düşüblər və xeyli sayda itki veriblər.
1585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı