Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Deputatın qardaşı oğlu müəllimi öldürdü

Bu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur. Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə İdarəsinin rəis müavinidir.

Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Deputat T. Süleymanov açıqlamasında hazırda xaricdə olduğunu bildirib. O, hadisədən xəbərsiz olduğunu və bu məlumatı ilk bizdən eşitdiyini qeyd edib.

Qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir, o 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb./qafqazinfo/
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33