Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2014

Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib

Vəkil Ramiz Məmmədov bu gün 1 saylı Bakı İstintaq Təcridxanasınd hüquq müdafiəçisi Leyla Yunusla görüşə bilməyib.

Məmmədovun Turan-a verdiyi məlumata görə, ona Yunusun görüşə gəlmək istəmədiyini deyiblər. Lakin Məmmədov Yunusun vəziyyətinin çox pisləşdiyini ehtimal edir.

Sonuncu dəfə vəkil onunla bir həftə əvvəl görüşüb və Yunusun əvvəlki kimi təzyiqi və qan şəkəri yüksək idi. “Leyla Yunus çətinliklə hərəkət edirdi. Onun gözündən daim yaş axır və üzü ağarıb... bu, can verən insanın üzüdür”, deyə vəkil qeyd edib.


Məmmədov deyib ki, dünən Leyla Yunusun ağır xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılması haqqında məhkəməyə müraciət etmə məqsədilə istintaq orqanına məhkəmə-tibbi ekspertiza keçirilməsi haqqında vəsatət göndərib.

Bir müddət əvvəl vəkil L.Yunusun səhhəti haqqında tibbi rəy verilməsi haqqında xahişlə İstintaq Təcridxanasına müraciət edib, lakin heç bir cavab almayıb.

Vəkil qeyd edib ki, L.Yunusun həyatı təhlükədədir.
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber