Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Putinin qərarı Qərbi çaşdırdı

“Cənub axını” layihəsinin dondurulması Avropa kompaniyalarına ən azı 2,5 milyard dollar zərər vuracaq. Qaz kəmərinin keçməli olduğu Balkan ölkələri də öz zərərlərini hesablamağa başlayıb.

Bununla belə Avropa komissiyası zərərin heç kim tərəfindən kompensasiya olunmayacağını bəyan edib.

Balkan ölkələri “Cənub axını”nın ləğv olunmasına təəssüflənməklə yanaşı, layihənin nə vaxtsa reallaşacağına ümidi də itirmirlər. Serbiyanın yeddi ildir ki, bu layihəyə pul yatırdığını, böyük işlər gördüyünü və ən çətin zamanlarda belə ondan imtina etmədiyini deyən Baş nazir Aleksandr Vuçiç layihənin dayandırılmasında onların günahının olmadığını və ölkəsinin nəhəng oyunçuların toqquşmasının əvəzini ödədiyini bildirib.

Serbiya prezidenti Tomislav Nikoliç isə öz növbəsində bunun şərqlə qərb arasında siçan-pişik oyununa bənzədiyini və bu məsələ barədə həm avropalı, həm də rusiyalı tərəfdaşları ilə ciddi söhbət edəcəklərini vurğulayıb.

Qonşu Bolqarıstan da layihənin ləğv olunmasından bərk təəssüf hissi keçirir. Məhz burada kəmərin çəkilməsinə icazə verilmədiyindən layihə dondurulmuşdu. Bir çoxları “Cənub axını”nın birdəfəlik bağlanmasına inanmır və hökumətin zərərə gətirib çıxaracaq qərarına bəraət qazandırmağa çalışırlar.

“Cənub axını” layihəsinin dayandırılmasına dair Rusiyadan rəsmi bəyanat alınmadığını söyləyən Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski kəmərin tikintisinə Avropa İttifaqının tələblərinə uyğun gəlmədiyi üçün icazə verilmədiyini qeyd edib.

Qış astanasında yeni qaz mənbələri axtarmağa çalışan Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bundan sonra enerji resurslarının idxalını Azərbaycanın hesabına artırıla biləcəyini deyib.

Rəsmi Moskvanın isə mövqeyi dəqiqdir. “Cənub axını” layihəsinin bitdiyini söyləyən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin gələcəkdə bir çox layihəni, o cümlədən Türkiyə ilə yeni qaz kəməri tikintisini həyata keçirəcəyini bəyan edib.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillilər