Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib, yaralanan var

Partlayışa səbəb ərazidəki yanacaq çənlərinin alışması olub

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.

Partlayış zamanı bir nəfər yanacaq doldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılıb. Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07