Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Əsəd Olland ilə İŞİD-i bir tutdu

Suriya prezidenti Bəşər Əsəd İŞİD terror qruplaşması ilə bağlı danışıb. Fransanın "Paris Match" jurnalına verdiyi müsahibədə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının uğurlu olması ilə bağlı deyilənlərin yalan olduğunu bidirib.

"Hava hücumlarıyla terrora son qoya bilməzsiniz. Coğrafi vəziyyəti bilən hərbi birliklərin operativ əməliyyatları lazımdır. Koalisiya qüvvələrinin iki aydır həyata keçirdiyi əməliyyatlardan hər hansı bir konkret nəticə olmadı. Əgər ciddi və təsirli hücumlar olsaydı təbii ki terroru bitirmək üçün köməyi olardı. Biz İŞİD-ə qarşı qurudan mübarizə aparırıq. Ancaq xüsusilə də Türkiyənin İŞİD-ə birbaşa dəstək verməsi səbəbindən irəliləyişə nail ola bilmirik".

Jurnalist Suriya prezidentinə beynəlxalq müdaxilə nəticəsində devrilən Səddam Hüseyn və Muammer Qəddafi kimi liderləri xatırladıb, sonunun onlar kimi olmasından narahatlıq keçirib-keçirmədiyini soruşub. Əsədin buna cavabı isə belə olub: "Ölkəmi qorumaq üçün əlimdən gələnin ən yaxşısını edirəm. Amma bir şeyi vurğulamaq istəyirəm, məqsədim heç bir zaman dövlət başçısının kreslosu olmayıb. Nə böhrandan əvvəl, nə böhran vaxtı, nə də böhrandan sonra".

Bəşər Əsəd xalqının gözündə məşhurluğu rekord səviyyədə aşağı düşən Fransa prezidenti Fransua Ollanda mesaj göndərməyi də unutmayıb: "Məni Ollandın şəxsi düşməni və ya rəqibi deyiləm. Məncə onun əsl rəqibi İŞİD-dir, populyarlıqları az qala eynidir"./ans/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı