Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Putindən tarixi çıxış

Rusiya Prezidenti Vladimir Putin sabah parlamentarilər və yüksək səviyyəli hökumət rəsmiləri qarşısında çıxış edəcək.

Millət vəkillərindən savayı hökumət üzvləri, fərqli dinlərin nümayəndələri və digər yüksək səviyyəli qonaqların iştirak edəcəyi çıxışda Putinin Rusiyanın xarici siyasəti və iqtisadi sahədə geniş nitqi gözlənilir. Ukrayna böhranı, Krım, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Putinin çıxışının əsasını təşkil edəcək.

Eyni zamanda, Putinin Rusiyanın AB və ABŞ ilə əlaqələri, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətlərin davam etdirilməsi, 1 yanvar 2015-ci il tarixdən etibarən Avrasiya İttifaqının aktivləşməsi mövzusunda da danışacağı gözlənilir.

Suriyada yaşanan böhran, İŞİD, NATO və Əfqanıstan, Ukraynada hələ imzalanamayan sülh razılaşması Rusiya liderinin gündəmində yer ala bilər.

Rusiya prezidentinin bu günlərdə ləğv edildiyi açıqlanan “Cənub axını” qaz kəməri haqda çıxışı da nəzərdə tutulur.

Xatırladaq ki, Sovet İttifaqının süqutundan sonra hər il keçirilən və ənənə xarakteri alan bu çıxış bir növ tarixi səciyyə daşıyır.

Ekspertlərin fikrincə, Putinin sabahkı çıxışı Rusiyanın gələcək siyasətinin hansı yöndə inkişaf edəcəyinin mündəricatı ola bilər.
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08