Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

"Leyla Yunusun həyatına görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır"

AXCP sədri Əli Kərimli hüquq müdafiəçisi Leyla Yunusa qarşı həbsxanada həyata keçirilən mənəvi-psixoloji və fiziki zorakılığa sərt etirazını bildirib. Bu barədə facebook səhifəsində yazan AXCP lideri eyni zamanda ölkə ictimaiyyətini də baş verənlərə səssiz qalmamağa çağırıb. Onun yazdıqlarını təqdim edirik:

Rejim Leyla Yunusa qarşı cinayətlərini davam etdirir. Onunla bir əsir kimi davranırlar. Bu yaşlı, xəstə qadına qarşı mənəvi işgəncələrdən fiziki zorakılığa qədər hər cür alçaqlığı tətbiq edirlər. Son məktubundan isə məlum olur ki, gecə vaxtı dəstə ilə kamerasına girib, onu təhqir edib, qorxudublar. Ən dəhşətlisi isə səhhətinin çox ağır olmasıdır. Bu tanınmış ictimai xadimin, minlərlə azərbaycanlının hüquqlarını qorumuş hüquq müdafiəçisinin həyatına real təhlükə var.

Azərbaycan cəmiyyəti Leyla xanımın başına gələnlərə seyrçi qalmalı deyil. Leyla xanım minlərlə azərbaycanlının hüquqlarını cəsarətlə müdafiə etdiyi üçün hədəf seçilib. Onu Ermənistana işləməkdə suçlamaq da başqa bir mənəvi terrordur. Müstəqil informasiya vasitələrinə çıxışı olmayan, hökumət televiziyalarının gipnozu altına düşən sadə insanları qınamıram. Onlar Leyla xanımı yəqin ki, tanımırlar və rejimin də bu xanımla necə rəftar etdiyini bilmirlər. Amma ictimai–siyasi həyatın içində olub, Leyla xanıma qarşı törədilən bütün bu rəzalətlərdən xəbər tutan, özünü siyasətçi, ziyalı, vətəndaş cəmiyyəti, azad mətbuat təmsilçisi sayan adamların susması heç başa düşülən deyil.

Leyla xanım dərhal həbsdən azad edilməli, müalicəsinə imkan yaradılmalıdır. İlham Əliyev unutmamalıdır ki, Leyla xanımın həyatına görə şəxsən o özü məsuliyyət daşıyır. /azadliq.info/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49