Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Kalaşnikovun görünüşü dəyişdi - Foto

Rusiyada məşhur AK-47 Kalaşnikov avtomatının istehsalçısı bu silahı rebredinqdən keçirərərk avtomatın görünüşünü və Kalaşnikov şirkətinin loqotipini təzələyib.

AK-47 avtomatını istehsal edən Kalaşnikov konserni ötən gün Moskvada K və C hərflərindən ibarət yeni loqonu təqdim edib. Russia Today vebsaytına görə, istehsalçının yeni şüarı qismində "Protecting Peace" ("Sülh silahı") kəlməsi seçilib.

Şirkət eyni zamanda "Kalashikov" markası ilə yeni hərbi geyim istehsalına da başlayıb. Ümidlərini əsasən məhsulunun ixracına bəsləyən şirkət, Qərbin sanksiyalarına məruz qalan Rusiya müəssisələri sırasındadır. Məlumatlara görə Qərbin sanksiyaları ABŞ və Kanadaya 200,000 avtomatın satışını əngəlləyib.

"Kalashnikov" və ya AK-47 avtomatları dünyada ən çox yayılmış yüngül hərbi silah növüdür. Silah ucuz və nisbətən sadə olduğundan Asiya və Afrikada üsyançı dəstələr arasında rəğbət qazanıb. Təxminlərə görə, dünya boyu satılmış Kalaşnikov avtomatlarının sayı 100 milyona çatır.

Şirkət 2014-cü ildə 140,000 ədəd, yəni ötən illə müqayisədə 2 dəfə çox, avtomat satdığını elan edib. "Kalashnikov" şirkətinin direktoru Aleksey Krivoruçko 2020-ci il üçün bu göstəricinin 300,000 ədədə çatacağını vəd edib.

 

 
- See more at: http://teleqraf.com/news/33660#sthash.twM5EoQP.dpuf
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı