Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Bakıda krişnaçılara içirilən sirli maye və maliyyə gizlinləri

Bakıda krişnaların mərkəzi fəaliyyətdədir. Bu qeyri-ənənəvi təriqətin üzvləri metronun “Qara Qarayev” stansiyası yaxınlığındakı həyət evlərindən birində gizli şəkildə toplaşırlar.

Krişnaların “Bakı şüuru” adlı dini icması da mövcuddur.

Onlar icmaya toplaşıb, burada müxtəlif ayinlər həyata keçirir, çıxışları dinləyir, sonra Krişnadan mərhəmət umurlar. Krişnalar tədbirlərində Tanrını çağıraraq oynayırlar. Əldə etdiyimiz məlumata görə, krişnalar qapalı olmağa, zahidanəliyə üstünlük verirlər. Amma bir neçə il əvvəl onların icmasından reportajlar hazırlanıb.

Mətbuatda yayılan bəzi məlumatlara görə, cəmiyyətə üzv olmaq istəyənlərə əvvəlcə bihuşedici bir içki içirdilir, beyin dumanlandıqdan sonra qadınlarla kişilər bir otaqda qəlyan çəkirlər. Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz.

Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnanın şəxsi mülkü ola bilməz. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar. Sektada insanların təsir altına alınması bundan ötrü seçilmiş kodlardan istifadə edilməklə həyata keçirilir. Kodlaşdırma həm maddi, həm də qeyri-maddi formada aparılır.

Məlumata görə, cəmiyyətin kifayət qədər ianəsi var. Hər bir üzv qazancının 50 faizini könüllü olaraq cəmiyyətin fonduna təhvil verir. Cəmiyyətdə baş vermiş fırıldaqlara qarşı amansız təqiblər həyata keçirilir. Krişna cəmiyyətinə üzv olanlar bu sektadan ayrıla bilmirlər. Xatırladaq ki, iki il əvvəl Bakı çayxanalarında krişnalığı təbliğ edən bir şəxs saxlanılmışdı. /axar/
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16
Manat