Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

“Qərb sanksiyalar ilə böyük səhv etdi”

Almaniyanın keçmiş kansleri bildirib ki, Qərb sanksiyaların Moskvanın Ukrayna üzərində mövqeyini dəyişəcəyini düşünməklə böyük səhv etdi.

Almaniyanın keçmiş kansleri Gerhard Şröder "Die Welt” qəzetinə verdiyi müsahibəsində bəyan edib ki, Qərb sanksiyaların Ukrayna üzərində Rusiyanın qərarını dəyişə biləcəyini düşünməklə böyük səhv etdi.

"Mən düşünürəm ki, sanksiyalar tətbiq etməklə Ukrayna məsələsində Rusiyanın mövqeyinin dəyişəcəyini güman etmək bir az xəyalpərəstlikdir” – deyə G. Şröder qeyd edib.

Almaniyanın Regensburq universitetində çıxışı zamanı da alman sosial-demokratlarının lideri G. Şröder bəyan etmişdi ki, Rusiyanı kənara çəkmək istəsəniz, onu iqtisadi-siyasi məsələlərə daxil etməsəniz Avropada heç vaxt uzun müddətli sülh olmayacaq.

"Avropa Birliyi Rusiya ilə əməkdaşlıqdan imtina edərək böyük səhv etdi. Rusiyanı nəsə etməyə məcbur etmək mümkün deyil.”
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber