Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

"Nurçular"ın azərbaycanlı lideri

Rusiyada saxlanılan "nurçular" cərayanının azərbaycanlı lideri Hacıbəy İsmayılovun fotosu yayılıb. Yeni şəkil onun dindirilməsi zamanı çəkilib.

O, ötən gün qanunsuz sekta yaratmaq ittihamı ilə Rostov məhkəməsinə çıxarılıb. Hacıbəy İsmayılov 130 min rubl cərimələnib.

Qeyd edək ki, azərbaycanlı "lider" ekstremist materialların yayılmasında ittiham olunub. Məhkəmə gedişatında H.İsmayılov günahını qəbul edib və nəticədə məhkəmə onun girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Hacıbəy İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. O, Rostovda şəxsi mənzilində sekta üzvlərini yığaraq ibadətlər keçirib. 2005-ci idən 2012-ci ilə qədər İsmayılov Ukraynada yaşayıb. Ancaq daha sonra yenidən Rusiyaya qayıdan İsmayılov ekstremist fəaliyyətlərini davam etdirib.

Onun evində axtarışlar zamanı "nurçular" cərəyanının mənəvi lideri olan Səid Nursinin müəllifli olduğu minlərlə dini ədəbiyyat nüsxələri aşkar edilib. İsmayılov bu dini kitabları Türkiyədən alırmış./ans/
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber