Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

50-dən çox ölü və yaralı

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində bir saat ərzində 3 partlayış törədilib, 50-dən çox ölü və yaralı var. “RİA Novosti”-nin verdiyi xəbərə görə, şəhərin şərqindəki Əs-sədr rayonunda 2 avtomobilin partladılması nəticəsində azı 7 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Ölənlənlərin sayının artacağı istisna olunmur.

Partladıcı qurğu quraşdırılmış daha bir avtomobil isə paytaxtın şimalındakı Əş Şaab rayonunda bazar meydanında partladılıb. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir