Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Bakı-Qazax yolunda ağır qəzada 3 nəfər öldü

Bakı-Gəncə-Gürcüstan magistral yolunda baş verən qəzada 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə hadisə dekabrın 4-də saat 21 radələrində magistral yolun 340-cı kilometrliyində, Goranboy rayonu ərazisində baş verib.

Məlumata görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Vasif Məhərrəmov Gəncə istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ21011” markalı avtomobili yanacağı qurtardığına görə yolda saxlayaraq benzin almağa gedib. Bu zaman yolla hərəkətdə olan, Cəlilabad rayonu Kürdəmir kənd sakini, 1977-ci il təvəllüdlü Rafiq Kərimov idarə etdiyi “Hyunday Santafe” markalı avtomobillə arxadan “VAZ21011”-ə çırpılıb. Qəza zamanı “VAZ21011”- də olan Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Sahib Məmmədov və 1987-ci il təvəllüdlü Ramin Şükürov hadisə yerində ölüblər. Ağır bədən xəsarəti alan, hələ ki, şəxsiyyəti tam məlum olmayan 20-22 yaşlarında olan Günel adlı qız Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılaraq orada dünyasını dəyişib.

Qəza baş verən zaman yolun kənarında saxlamaq istəyən 3 avtomobil, “Opel”, “Mersedes” və “VAZ2106” toqquşublar. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb./apa/
959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber