Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

İşğalçı İsrail tarixində ən irimiqyaslı böhranla üz-üzədir

İşğalçı İsrail ölkə işğal tarixində ən irimiqyaslı ekoloji böhranla üz-üzədir. Ötən gün neft kəmərində baş verən qəza nəticəsində ətrafa milyonlarla litr neft sızıb. Qəza Qırmızı Dənizin şimalında yerləşən Eylat şəhərində təbii qoruq ərazisində qeydə alınıb. Sızıntı bölgənin ətraf-mühitinə ciddi ziyan vurub.

Məlumata görə, qəza bölgədə aparılan kənd-təsərrüfat işləri zamanı baş verib. Hadisə zamanı bir neçə fəhlə neftin kimyəvi təsirinə məruz qalıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Ölkənin ətraf-mühit nazirliyi qəzanın aradan qaldırılması üçün bir ilə yaxın vaxt lazım ola biləcəyini deyib. “Hadisə ilə əlaqədar neftin ətrafa sızması bölgənin fauna və florasına ciddi ziyan vurub. Bərpa prosesi bir neçə ay, hətta, bir il çəkə bilər. Bu, İsraildə ən ağır ekoloji çirkələnmə hadisəsidir” - deyə nazirliyin əməkdaşı Qay Samet qeyd edib./ans/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24