Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Liviyada terrorçular hərbi bazanı işğal etdilər

Tripoli şəhərində hərbi bazaya soxulan yaraqlılar bütün hərbi arsenalı qarət ediblər
Liviyanın paytaxtı Tripoli şəhəri ətrafısında, bir vaxtlar Müəmmər Qəddafiyə qarşı vuruşan silahlı qruplaşmalar orduya məxsus hərbi bazalardan birini tutublar.

Ans-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi bazaya girən silahlılar silah-sursat saxlanılan anbarları qarət ediblər. Bazaya soxulan yaraqlılarla toqquşan ordu birləşmələri ağır itki verərək geri çəkilməyə məcbur olub.

Hazırda Tripoli şəhərinin diqər istiqamətlərində hökumət qoşunları ilə silahlı qruplaşmalar arasında qızğın döyüşlər gedir.
1883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber