Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

ABŞ əsgərlərinə hücum edənlərə ittiham

Türkiyədə ABŞ-ın hərbi dəniz qüvvələrinin 3 əsgərinə hücum edən 13 ultra-millətçiyə qarşı ittiham irəli sürülüb.

Onlar ictimai asayiş qanunlarının pozulması, təhqir və xəsarət maddələri üzrə günahlandırılıb.

Prokurorluq Türkiyə Gənclər İttifaqının üzvləri olan hücumçuların 10 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.

Həmin şəxslər dənizçilərə boya atıb və onları həbs etməyə cəhd edib. Bir neçə gün İstanbulda olan USS Ross gəmisinin dənizçiləri xəsarət almadan gəmiyə qayıtmağa müvəffəq olub.

Türkiyə Gənclər İttifaqı hücumun video yazısını internetdə yayımlayıb. Videoda qrup üzvlərinin uniforma geyinməyən ABŞ dənizçilərinə hücum etdikləri nümayiş etdirilib.

Qeyd edək ki, hücum həm ABŞ, həm də Türkiyə tərəfindən qınanılıb./ans/
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber