Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Rusiya ABŞ-ı hədələdi

Rusiya VTB Maliyyə Qrupunun idarə heyətinin rəhbəri Andrey Kostin ABŞ-ı hədələyib.

Kostin SWIFT sistemi bağlanıldığı halda ABŞ səfiririnin Moskvanı tərk etmək məcburiyyətində qalacağıını deyib.

Onun sözlərinə görə, Rusiyanın beynəlxalq SWIFT ödəmə sisteminin bağlanılmasının müharibə mənasını verəcək. Rus bank sisteminin ən həssas qismi saydığı SWIFT sisteminin bağlanılması kimi sanksiyaların tətbiq olunması vəziyyətində B planlarının olduğunu söyləyən Kostin bu cür sanksiyalara qarşı sərt cavab veriləcəyini deyib:

"Rusiya banklarının SWIFT sistemi bağlanıldığı gün Amerika səfiri Moskvanı tərk etmək məcburiyyətində qalacaq".

Rusiyanın SWIFT sisteminin bağlanılması müzakirə edilir. Ukrayna böhranından sonra AB və ABŞ SWIFT sisteminə də qadağa qoymaq niyyətindədir.

Rusiyanın ikinci böyük bankı olan VTB Maliyyə Qrupunun 60 faiz hissəsi dövlətə məxsusdur./ans/
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı